MSK sədri: “Dairədə qanun pozuntuları ilə bağlı birinci bizə müraciət etmək lazımdır”
07.02.2020

“Dairədə olan qanun pozuntuları ilə bağlı birinci Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmək lazımdır, məhkəməyə yox”.

Visiontv.az-ın verdiyi xəbərə görə, bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, 22 saylı Nəsimi seçki dairəsindən namizədliyi qeydə alınmış şəxs müşahidəçi vəsiqələrini Dairə Seçki Komissiyasına versə də, bunun qəbul edilmədiyini iddia edib və məhkəməyə müraciət edib.