MSK Müsavat Partiyasının namizədinin müraciətini əsassız sayıb
12.09.2024

31 saylı Suraxanı İkinci Seçki Dairəsindən Müsavat Partiyasından qeydə alınmış namizəd Bulud Ərzullanın müraciətinə baxılıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, müraciət barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü İlkin Şahbazov məlumat verib.
O bildirib ki, ərizəçi həmin dairənin 8 seçki məntəqəsində pozuntu olduğunu bildirib: “O bizə 14 videogörüntü təqdim edib. Videogörüntülər seçki məntəqəsindən kənarda çəkilib. Buna görə də ərizəçinin müraciəti təmin edilməməlidir. Buna görə də dairə seçki komisdiyasının qərarı qüvvədə saxlanılsım".

Məsələ səsverməyə çıxarılıb və DSK-nın qərarı qüvvədə saxlanılıb.