Türkiyənin Xarici İşlər nazir Mövlud Çavuşoğlu İraqa səfər edəcək. Nazir yanvarın 9-da Bağdada gedəcək.
Visiontv.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, səfər ABŞ-la İran arasında gərginliyin azaldılması üçün təşəbbüslər çərçivəsində baş tutacaq.
Səfər zamanı bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.