24.04.2019
Axtar
Gündəlik
alt

Moskvada QARABAĞla baglı görüş olacaq


Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə  Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

 

Visiontv.az  xəbər verir ki, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edəcək.

Məlumata əsasən, qapalı müzakirələr 29 mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçiriləcək.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.



sputnik.az

Şərh yazın