Moskvada ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb
02.03.2020

Rusiyanın paytaxtı Moskva şəhərində ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb.

Visiontv.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə operativ qərargah məlumat yayıb.

Bildirilib ki, həmin şəxs Rusiya vətəndaşıdır və İtaliyadan ölkəyə qayıdıb.

 

O, Moskvanın 1 nömrəli şəhər infeksion xəstəliklər xəstəxanasına yerləşdirilib.