Moskvada 41 nəfərin diri-diri yandığı qəzanın təfərrüatı
06.05.2019

Evdakimov : "Normal olaraq yerə yaxınlaşırdıq. Yerə enəndə zərbənin nəyə görə baş verdiyini dəqiq deyə bilmərəm"

Pilot bildirib ki, təyyarə havada deyil, eniş etdikdən sonra yanıb

 Rusiyada Şeremetyevo hava limanında 41 nəfərin ölümü ilə nəticələnən təyyarə yanğının təfərrüatları məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, yanan "Sukhoi Superjet 100" təyyarəsinin komandiri Denis Evdakimov təyyarənin yerə eniş etdikdən sonra yandığını bildirib. Onun açıqlamasının kadrları "Baza" telegram kanalında yayımlanıb.

 

Komandir bəyan edib ki, təyyarə havada deyil, eniş etdikdən sonra yanıb. Onun sözlərinə görə, Moskvadan Murmanska istiqamətlənən təyyarə havaya qalxdıqdan sonra onu ildırım vurub. Bunun nəticəsində radiorabitə itib və təyyarə birbaşa idarəetmə rejiminə keçib. Radiorabitəni qismən bərpa etmək mümkün olsa da, əlaqədə xətalar olduğundan köməyə dispetçerlər gəlib. Dispetçerlər pilotlara uçuş-eniş zolağına kurs götürməyə birbaşa kömək ediblər.

Evdakimov iddia edib ki, təyyarə adi qaydada eniş edib: "Normal olaraq yerə yaxınlaşırdıq. Yerə enəndə zərbənin nəyə görə baş verdiyini dəqiq deyə bilmərəm. Sürət kifayət qədər idi, prosedura uyğun olaraq zolağa azalan vertikal sürətlə yaxınlaşırdıq".

O, həmçinin qeyd edib ki, təyyarə eniş etdikdən sonra yanıb.


Qeyd edək ki, Moskvanın Şeremetyevo hava limanında "Sukhoi Superjet 100" təyyarəsində baş verən yanğın nəticəsində 41 nəfər ölüb. Məlumatda qeyd olunur ki, 33 sərnişin və 4 ekipaj üzvü yanğından xilas ola bilib.


Xilas olan şəxslərdən 6-ə xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır./ sputnik.az