Moskva silahlı erməni birləşmələrinin Qarabağdan çıxarılmasını Bakı ilə razılaşdıracaq
Moskva silahlı erməni birləşmələrinin Qarabağdan çıxarılmasını Bakı ilə razılaşdıracaq
24.02.2023 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistan hakimiyyəti siyasi iradə göstərib Vaşinqtonun vasitəçiliyi ilə Azərbaycan arasında sülh müqaviləsi bağlayarsa, Azərbaycan Ermənistana qaz ixrac edə bilər. Çünki, Rusiya Ermənistana qaz nəqlini dayandıra bilər.

Cənubi Qafqazda ciddi geopolitik qarşıdurma yeni mərhələyə keçib. Rusiya Azərbaycanla münasibətlərini inkişaf etdirir. Maraqlı proseslər gedir və Moskva Azərbaycana tam dəstək olmaq üçün silahlı erməni birləşmələrinin Qarabağdan çıxarılmasına da razılaşa bilər. Necəki R. Vardayanı uzaqlaşdırılmasını həyata keçirdi. Dünən bu haqda qeyd etmişdim.

Məhz Rusiya R. Vardayanı Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək üçün getməsi ilə razılaşdı. Növbədə silahlı erməni birləşmələrinin çıxarılması və Laçın yolunda nəzarət buraxılış məntəqəsinin qurulmasıdır. Ermənistan Qərbə yaxınlaşdiqca, Rusiyada Azərbaycana yaxınlaşır.

Qeyd edim ki, Qarabağda bir sıra problemləri Rusiya bizə yaradıb. Onların həllinə nail olmaq istiqamətində ciddi irəliləyişlər əldə etmək olar.

politoloq Məhəmməd Əsədullazadə

visiontv.az