Moskva görüşündən sonra Azərbaycan Ermənistana təzyiqlərini artıracaq-Məhəmməd Əsədullazadə
Moskva görüşündən sonra Azərbaycan Ermənistana təzyiqlərini artıracaq-Məhəmməd Əsədullazadə
21.07.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Şuşa Bəyannaməsindən sonra prezident İlham Əliyevin Rusiya rəhbəri V. Putinlə görüşü gözlənilirdi. Belə görüşün baş tutacağını R. T. Ərdoğanda qeyd etmişdi. Rusiya konkret olaraq Türkiyə hərbi bazasının rəsmi şəkildə Azərbaycanda varlığını qəbul etmir. Bunu NATO bazası kimi xarakterizə edir.

Qeyd edim ki, prezident İlham Əliyevin Rusiya işgüzar səfəri digər səfərlərdən fərqli olaraq  "Şuşa" bəyannaməsi fonunda Türkiyənin müttəfiqi olaraq baş tutmuşdu. Bu səfər çərçivəsində  heç bir sənəd imzalanmasada, şifahi razılaşmalar və üçtərəfli imzalanan sənədlərin yaxın perspektivdə reallaşması istiqamətində razılığ  əldə edilib. Rusiyanın burada səmimi olub-olmaması qısa zamanda özünü göstərəcək.  

Ermənistan Baş naziri N. Paşinyan Fransa və ABŞ-ın birbaşa dəstəyi ilə əldə edilən anlaşmaları yerinə yetirməməyə çalışır, manevr edir. Bu da Rusiyanın vasitəçi olaraq Azərbaycana mümkün təzyiqlərinə yol açır. Konkret olaraq Rusiya da, Ermənistan da manipulyasiya edir və prosesləri başqa bir məcraya daşımağa yönləndirir. Azərbaycanın da yalnız əsas təsir rıçaqı Ermənistana, Qarabağdakı  separatçılara zərbə vurmaqdır. 

Rusiya əsas vasitəçi olaraq 10 noyabr və 11 yanvar razılaşmalarının reallaşması üçün addımlar atmaycaqsa, sərhəddə və Qarabağda ermənilərn yaşadığı ərazidə hərbi vəziyyət gərginləşə bilər.  

Rusiya tərəfinin əsas istəyi Azərbaycanın KTMT müşahidəçi statusu almaqdır. Kreml görünür mesaj veriri ki, Azərbaycan buna gedəcəyi təqdirdə, Moskva üç tərəfli anlaşmaların reallaşmasına gedə bilər.

Visiontv.az