Moskva çalışır ki, Azərbaycanla Ermənistan arasında bir başa təmas olmasın
Moskva çalışır ki, Azərbaycanla Ermənistan arasında bir başa təmas olmasın
11.04.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Azərbaycan və Ermənistan arasında Brüssel görüşündən sonra Rusiya prezidenti V. Putinin N. Paşinyana zəngi, həmçinin S. Lavrovla A. Mirzoyanın Moskva görüşündə verilən mesajlar Kreml tərəfindən prosesin sabotaj edilməsinə hesablanıb.

Rusiya, Ermənistan və Azərbaycan arasında  ikitərəfli sülh danışıqlarının, sərhədlərin delimitasiya və demraksiyası üzrə komissiyanın yaradılmasına qarşıdır. Moskva çalışır ki, iki ölkə arasında bir başa təmas olmasın və yalnız onun vasitəçiliyi ilə  proses davam etsin. Bu da prosesin müddətsiz uzanmasına gətirib çıxarır. Bu realliqla Azərbaycan razılaşmayacaq. Həmçinin Türkiyə də Rusiyanin davam edən nəticəsiz  "vasitəçiliyini" qəbul etməyəcək.

Məhz Kreml Brüssel görüşündə əldə olunan razılaşmaların Rusiyanın vasitəçiliyi ilə həyata keçirilməsində maraqlıdır. Ermənistana ciddi təzyiqlər edilərək, Azərbaycanla əldə olunan razılaşmaları yerinə yetirilməməsinə çalışır.
Rusiyanın bu siyasəti effektli olmayacaq. Brüssel razılaşamlarının yerinə yetirlməməsi üçün N. Paşinyan Moskvanın təzyiqlərini qəbul etməyəcək. Aprelin sonuna kimi sərhədlərin delimitasiya və demarkasiyası üçün ikitərəfli komissiya baş tutmasa, bu Yerevanın əleyhinə olacaq.

Rusiya rəhbərliyi növbəti dəfə Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşünü təşkil edə bilər. Ukrayna müharibəsi fonunda təzyiqlərlə üzləşən Rusiya rəhbərliyi üçün yeni bir proses başlayarsa, Ermənistana təzyiq edib sülh müqaviləsinin bağlanmasına töhfə verərsə, Cənubi Qafqazda öz imicini bərpa edə bilər. Amma, səhv xarici siyasət yürüdən ölkəni 19 əsr siysəti ilə idarə edən Putindən bunu gözləmək sadəlövhlük olar.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az