Modul tipli məktəb binası quraşdırılır
17.12.2018

İmişlidə modul tipli məktəb binası quraşdırılır

İmişlidə Muradxanlı kənd ümumi orta məktəbi üçün 54 şagird yerlik modul tipli bina quraşdırılır. Binanın tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilir.

Tikinti-quraşdırma işləri Təhsil Nazirliyinin sifarişi ilə aparılır. Artıq binanın bünövrəsi tökülüb və quraşdırma işləri görülür. Yeddi sinif otaqlı bina dayanaqlı su, istilik və elektrik enerjisi ilə təmin olunacaq.

Təhsil ocağının gələn ilin ilk aylarında şagirdlərin istifadəsinə verilməsi planlaşdırılır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

edu.gov.az