Misir polisi Türk jurnalistləri həbs edib - Qahirədə böyük skandal
16.01.2020

Türkiyənin dövlət xəbər agentliyi Anadolu Agentliyinin Qahirədə yerləşən ofisinə Misir polisi basqın edib.

Visiontv.az xəbər verir ki, agentliyin 4 əməkdaşı polis tərəfindən saxlanılıb. 

Misir polisi jurnalistlərin həbs edilməsi səbəbi kimi "yalan informasiya"nın yayılması və Qahirədəki ofisdə işləmək üçün lazımi icazənin olmamasını göstərib.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər Nazirliyi hadisəylə bağlı Misir hökumətini qınayıb. Nazirlikdən verilən açıqlamada agentliyin əməkdaşlarının dərhal azad edilməsi tələb edilib. Bundan savayı, Türkiyənin vitse-prezidenti, nazirləri, bir neçə siyasi partiya liderləri hadisəylə bağlı Anadolu Agentliyi rəhbərliyinə dəstək mesajları yayınlayıb.

P.S. Azərbaycan jurnalistləri olaraq Türkiyəli həmkarlarımıza qarşı həyata keçirilən bu əməliyyatı qətiyyətlə pisləyir, Anadolu Agetnliyi əməkdaşları başda olmaqla bütün türk həmkarlarımıza dəstək olduğumuzu bildiririk...

Eurasia Diary