Mirzoyan Moskvadan qayıtdıqdan sonra Brüsseldə götürdükləri öhdəliyə daban-dabana zidd açıqlama yaydı
Mirzoyan Moskvadan qayıtdıqdan sonra Brüsseldə götürdükləri öhdəliyə daban-dabana zidd açıqlama yaydı
11.04.2022 Sahib Alıyev Tərəfindən

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvadan Sergey Lavrovla məsləhətləşmələrdən dönər-dönməz onun rəhbərlik etdiyi qurum Brüssel görüşündə ölkəsinin üzərinə götürdüyü öhdəliklə daban-dabana zidd açıqlama yayıb.

Ermənistan XİN-i yaydığı açıqlamada Azərbaycanın Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində “psixoloji terror”a əl atdığı, “humanitar böhran” yaratdığı və ordumuzun  mövqelərinin irəli çəkildiyi bildirilir. Açıqlamada o da qeyd edilir ki, bu mövqe dəyişməsi nəticəsində 400 nəfər yaşayış yerlərini  qoyub gedib. İrəvandakılar gətirdikləri həmən faktlara dayanaraq  rəsmi Bakını “Arsax” adlandırdıqları  Qarabağda "tam etnik təmizləmə" aparmaq niyyətində suçlandırırlar.

Xarici İşlər Nazirliyimizin də vurğuladığı kimi “1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq, bu insanların 30 ilə yaxın fundamental hüquqlarını kobudcasına pozan” və heç vaxt unutmayacağımız  digər hərbi cinayətlər, soyqırımları  törədən Ermənistanın  bizi də  özləri kimi təqdim etməyə nə haqqı, nə əsası var.

Azərbaycan ardıcıl olaraq yeritdikləri siyasət nəticəsində monoetnikləşən Ermənistan deyil və heç vaxt da olmayacaq.  Biz Qarabağda etnik təmizləmə aparmağa yox, Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayanları oradakı hay separatçı-terrorçu ünsürlərinin zülmündən tam quratamağa, onların çoxmillətli, çoxkonfenssiyalı cəmiyyətimizə reinteqrasiyasına çalışırq və bunu da edəcəyik.

Və bunu həm də ona görə edəcəyik ki, haylar Azərbaycanda  kompakt şəkildə yaşadıqları kimi azərbaycanlılar da indi Ermənistan adlandırılan dədə-baba torpaqarına qayıtmalıdırlar!

Millət vəkili-politoloq Sahib Alıyev

Visiontv.az