MİQ imtahanları ilə bağlı şikayətlərə yeni tədris ilindən əvvəl baxılacaq
24.08.2020

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş namizədlərə 24 avqust tarixindən etibarən apelyasiya müraciəti etmək imkanı yaradılacaq.

Təhsil Nazirliyindən Visiontv.az-a verilən xəbərə görə, avqustun 14-dən etibarən imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində hər gün saat 20:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 2 gün ərzində apelyasiya  müraciəti edə biləcəklər.

Yeni tədris ili başlamazdan öncə namizədlərin apelyasiya müraciətlərinə baxılacaq.