Minsk Qrupu cavab verib öz mövqeyini izah etməlidir-deputat Hikmət Babaoğlu
08.07.2020

İyul ayının 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak etdilər .

Hadisənin özü özlüyündə olduqca əhəmiyyətli və aktualdır .Çünki nəticə etibarilə söhbət ümummilli təhlükəsizliyimizdən gedir və açılan yeni müəssisə məhz buna xidmət edəcək. Ancaq Azərbaycan Prezidenti hosbitalın aşılışından sonra milli televiziya kanallarımıza verdiyi müsahibəsində bir sıra elə ciddi və aktual məsələlər də toxundu ki, onların hər biri haqqında ayrıca danışmaq, təhlil aparmaq və ictimai yaddaşımız üçün bəzi ümumiləşdirmələr etməliyik. Əgər məzmun etibarilə qruplaşdırmağa çalışsaq birinci məsələ koronovirus pandemiyasına qarşı Azərbaycan dövlətinin və xalqının birlikdə verdiyi mücadilədir. İkinci məsələ isə Azərbaycanın bu və ya digər məsələlərlə bağlı qurduğu beynəlxalq əməkdaşlıq, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu olə bağlıdır. Üçüncü isə Prezidentin məhz bu kontekstə ilk baxışda ötəri kimi toxunduğu ancaq əslində isə strateji məsələ olan

Erməmistan, Azərbaycan , Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səsləndirdiyi fikirlərdir, verdiyi olduqca ciddi məsajlardır .Ona görə də xüsusi olaraq bu məsələnin üzərində dayanıb bir sıra məqamlara diqqət yetirmək lazımdır .Əvvəla bir daha aydın oldu ki, problemi həll etmək üçün BMT Təhlükəsizlik Şurasından xüsusi mandat almış ATƏT-in Minsk qrupu və onun həmsədrləri problemin həlli üçün lazımı səylər göstərməyiblər və ona görə də bu günə qədər problem həll edilməmiş qalır.

İkinçisi Minsk Qrupunun xüsusi müşahidə missiyası işğalçı ölkənun qeyri –qanuni məskunlaşma aparmaq siyasətinə göz yumur ,belə faktları hazırladıqları hesabata salmırlar .Ona görə Azərbaycan Prezidenti bildirdi ki , ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır.

Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur! Yəni, 10 il ərzində faktaraşdırıcı missiyanı göndərmək olmaz? İstəmirlər. Düşünürəm ki , Azərbaycan Prezidentinin səsləndirdiyi bu fikirlər əslində Ermənistana xəbərdarlıq olmaqla ATƏT-in Minsk Qrupuna da öz vəzifələrini yerinə yetirmələri üçün bir çağırışdır və hər iki tərəf bu məsələni ciddiyə almalıdır ! Başqa bir mühüm ismarıc isə ondan ibarət idi ki, danışıqların imitasiya edilməsi artıq mümkün deyil, Azərbaycan artıq konkret mövqe tələb edir. Çünki öz torpaqlarının daha artıq işğal altında qalmasnı qəbul edə bilməz .Bu məsələyə toxunan Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik. Bu fikirlərdəki əsas məzmun “nala –mıxa” vurmaq dövrünün artıq arxada qalmasl ilə bağlı olan fikirdir. Azərbaycan artıq aydınlıq tələb edir. Doğuradan da Minsk Qrupu məsləyə aydınlıq gətirib konkret mövqe oratya qoymalıdır. Belə loyallıq və qeyri müəyyənlik çox da davam edə bilməz. Ona görə də Azərbaycan Prezidentinin səsləndirdiyi haqlı, beynəlxalq hüquqa əsaslanan fikirlərə Minsk Qrupu cavab verib öz mövqeyini izah etməli, nə üçün problemin bu günədək həll edilmədiyinə aydınlıq gətirməlidir.

Axı 1994-cü ildə Atəşkəslə bağlı razılıq əldə edilərkən əsas şərt o idi ki, Minsk Qrupu sülh yolu ilə problemin həllinə nail olmağa çalışacaq. İndi ya bu problem nəhayət sülh yolu ilə həll edilməli ya da Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üşün digər məqbul variantlara əl atmalıdır. Ona görə də Azərbaycan Prezidenti bir daha Apel Döyüşlərini xatırlatmaqla Milli Ordumuzun nəyə qadir olduğunu yada salmış oldu. Prezident bir daha bildirdi ki, biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın! Düşünürəm ki, Minsk Qrupu vəziyyət daha da gərginləşmədən öz missiyasını yerinə yetirməklə bağlı konkret addımlar atmalı, səsləndirilən fikirlərə tezliklə öz münasibətini bildirməlidir!