Minifutbol üzrə Avropa çempionlarımız “YAŞAT” düşərgəsində
Minifutbol üzrə Avropa çempionlarımız “YAŞAT” düşərgəsində
27.07.2022 YAŞAT Fondu Tərəfindən

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən 2-ci  “YAŞAT” düşərgəsinin 3-cü həftəsi davam edir.

2-ci gündə səhər idmanın ardından uşaqların psixoloqlarla görüşləri reallaşdırlıb.

Günün ikinci yarısında "Bilim Bakı" mərkəzinin müəllimləri tərəfindən astronomiya, robotexnika və dizayn üzrə praktiki təlimlər təşkil olunub.

Ardınca minifutbol üzrə Avropa çempionu adını qazanan milli komandanın məşqçisi və futbolçuları düşərgənin qonağı olublar. Milli yığmanın heyəti uşaqlarla birgə futbol oynayıb, onların suallarını cabalandırıb və hədiyyələrini təqdim edib. 

Günün sonunda uşaqlar kartinqdə idman avtomobilləri ilə yarışaraq, əyləncəli vaxt keçiriblər.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

Düşərgənin baş sponsorları : “Qalaaltı Hotel & Spa ”, “PMD Hospitality”dir.

Sponsorlar: “Paşa Bank”, “NAR", “Rabitə Bank”, “Bravo” Marketlər Şəbəkəsi

Visiontv.az