Milli Televiziya və Radio günü ilə əlaqədar sizə bir söz deyim - Şöhrət El-Dəniz
Milli Televiziya və Radio günü ilə əlaqədar sizə bir söz deyim - Şöhrət El-Dəniz
06.11.2020 Şöhrət El-Dəniz Tərəfindən

Bu gün Milli Televiziya və Radio günüdür.

Mənim bu sahədə ilk fəailiyyətim keçən əsrin 90-cı illərin əvvəllərinə təsadüf edir.

İlk iş yerim isə  AzTV-nin radiosu olub. Mənim fikrimcə radio işçiləri peşəkarlıq baxımından bu sahənin elitası sayılır. Görüntüsüz yaradıcılıq imkanları daha qabarıq görsənir. Bunu isə hər jurnalist bacarmır. Mən televiziyalardan, orda işləyənlərdən yazan, tənqid edən, problemləri göstərən tele-jurnalist kimi sizə bir məqamı demək istəyirəm. Əgər sizdən, verilişlərinizdən, işlədiyiniz telekanal barəsində yazıramsa, deməli hələ sizə ümidim var.

Fəailiyyətinizi daha peşəkar quracağınıza, ölkəyə, millətə daha yararlı verilişlər hazırlayacağınıza inamım hələ itməyib. Ona görə yazıram. Tənqid edirəm. Qərəzsiz, kiminsə maraqlarına görə yox, səmimi yazıram. Bundan inciməyin, əksinə dediyim problemləri ciddiyə alın, düzəldin səhvlərinizi.

Kimdən yazmıramsa o demək deyil ki, yaxşı jurnalistdir, verilişdir və yaxud telekanaldır. Əksinə deməli yazmadıqlarımdan əlimi üzmüşəm. Və onların düzələcəyinə inamım yoxdur. Hamınızın bayramınızı təbrik edirəm.

Visiontv.az