Vision TV -yə verilən məlumata görə,20 Yanvar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili" layihə çərçivəsində Mübariz İbrahimov adına incəsənət rəsm qalereyasında yeniyetmə və gənclərlə görüş keçirib.
Milli Qəhrəman Əlyar Əliyev Yusif oğlunun xatirəsinə həsr olunmuş tədbirdə İctimai Birliyin işçi heyyəti və üzvləri , dəvət olunmuş ehtiyatda olan hərbi qulluqçular, media nümayəndələri və 8 saylı tam orta məktəbin şagirdləri iştirak etmişdir .
Tədbiri giriş sözü ilə açan Layihənin rəhbəri Sultan Əzimzadə bildirib ki,1990-cı ildən təşkilat olaraq yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin və vətən sevgisinin aşılanması istiqamətində maarifləndirici tədbirlər təşkil olunsa da , bu yönümdə davamlı olaraq təbliğat və maarifləndirmə işləri görülməlidir. Qəhrəmalıq tariximiz gənc nəslin yaddaşına həkk olunmalıdır ki, vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsi daimiyaşar olsun.
Vision TV- Fərqanə Əliyeva