Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
30.06.2020

Parlamentin növbədənkənar sessiyası yekunlaşıb.

Visiontv.az-ın məlumatına görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən növbədənkənar xüsusi sessiyasının sonuncu plenar iclasında 7 məsələ müzakirə olunub.

İclas Azərbaycanın Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

Parlamentin növbədənkənar xüsusi sessiyası çərçivəsində 8 plenar iclas keçirilib.

Milli Məclisin növbədənkənar xüsusi sessiyasının plenar iclasları iyunun 1-i, 2-si, 5-i, 12-si, 19-u, 25-i, 29-u və 30-da keçirilib.