Millətvəkili Müşfiq Cəfərov peşəkar idmançı-məşqçilərimizi idman dərslərini sosial şəbəkə üzərindən davam etdirməyə çağırdı
07.04.2020

Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə idman zalları bağlanıb. Bu səbəbdən bizim peşəkar idmançılarımız o cümlədən peşəkar idmana marağı olanlar öz idman fəaliyyətlərini davam etdirə bilmirlər.

Visiontv.az xəbər verir ki, millətvəkili, Gənclər və İdman Komitəsinin üzvü Müşfiq Cəfərov peşəkar idmançılara dəstək məqsədilə, peşəkar idmana marağı olanlar və müxtəlif idman növlərilə məşğul olan bizim peşəkar idmançılarımızın formada qalmaları üçün idman dərslərinin sosial şəbəkələr vasitəsilə #evdəqal #idmandanqalma keçirilməsi təklifilə çıxış edib. Bu təşəbbüsə ilk olaraq Azərbaycan Aikido Federasiyası Gəncə Regional şöbəsinin rəhbəri Ramin Yusifov qoşulub.

Artıq Ramin Yusifov ilk aikido dərsini 07.04.2020 tarixdə saat 15:00 da yaratdığı "Aikido Gəncə" səhifə üzərindən yayımlayacaq. Dərslər həftədə 3 dəfə #evdəqal #idmandanqalma adı altında keçiriləcək. Bu təşəbbüsə qoşulmaq üçün digər idman növlərində fəaliyyət göstərən peşəkar idmançı-məşqçilərimizi dəvət edirik və inanırıq bu cür səhifələrin sayı qısa bir vaxtda artacaq və bu yolla evdə qaldığmız müddətdə biz sağlam və gümrah qalacağıq .

Millət Vəkili Müşfiq Cəfərov peşəkar idmançı-məşqçilərimizi idman dərslərini sosial şəbəkə üzərindən davam etdirməyə çağırdı