Millət vəkili fiziki imkanları məhdud seçicilərinə əlil arabası hədiyyə edib
25.05.2020

Müqəddəs Ramazan bayramı ərəfəsində Mili Məclisin deputatı Naqif Həmzəyevə əlil arabasının verilməsi ilə müraciət edən fiziki və sağlamlıq imkanları məhdud seçicilər əlil arabaları ilə təmin ediliblər.

Əlil arabalarını millət vəkilinin köməkçisi Tural Verdiyev xüsusi qayğıya ehtiyacı olan, sağlımlıq imkanları məhdud seçiçilərin evlərində təqdim edib.

Əlil arabası ilə təmin edilən seçicilərdən Canpolad Gözəlov və Bahadur Qarayev onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mühüm layihələrdən razılıq edib, onlara göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.