Millət vəkili Elnur Allahverdiyev ağacəkmə aksiyasında iştirak edib
10.05.2021

Millət vəkili Elnur Allahverdiyev ulu Öndərin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyasında iştirak edib.

Visiontv.az bildirir ki, bu barədə deputat özü məlumat verib.

"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyasında iştirak etdim. Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada icra başçısı Elşad Həsənov və  rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə ağac əkdik. Yeni agacların əkilməsi Yasamal rayonunda yaşıllıqların çoxalmasına öz müsbət təsirini göstərəcək. Ümid edirəm ki, vətəndaşlarımız da bundan kənarda qalmayaraq, həyətyanı sahələrində, küçədə belə təşəbbüslərlə çıxış edəcəklər", deyə millət vəkili bildirib.