"Microsoft" Pentaqonla 10 milyard dollarlıq hərbi müqavilə bağlayacaq
26.10.2019

“Microsoft” şirkəti məlumatların saxlanılması üçün virtual “bulud” infrastruktunun yaradılması üzrə Pentaqon tərəfindən elan olunmuş 10 milyard dollar dəyərində hərbi tenderi qazanıb.

Visiontv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, şirkətin əsas rəqibi internet nəhəngi “Amazon” şirkəti olub.

“Bu gün Müdafiə Nazirliyi “Microsoft”la informasiya xidmətinin göstərilməsi üçün imzalanmış ümumhədəfli kommersiya müqaviləsi sayəsində “bulud” strategiyamızın həyata keçirilməsi istiqamətində daha bir addım atıb”, - Pentaqonun yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, Pentaqonun maliyyə yatırımı uğrunda bir neçə mülki şirkətlər də mübarizə aparıb. Ümumilikdə “Amazon”, “Microsoft”, “IBM”, “Oracle” əsas rəqiblərdən sayılıb.