Lökbatan qəsəbəsi ərazisindəki "Meyvəli" bazarında yanğın başlayıb. Yanğın ərzaq mağazalarının birində qeydə alınıb. Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Baş verən yanğın FHN tərəfindən söndürülüb.