Mətbuat Şurasının sədri millət vəkili olmayacaq
09.01.2020

Mətbuat Şurasının sədri, sabiq depuatat Əflatun Amaşov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Visiontv.az-ın məlumatına görə, Milli Məclisin V çağışında 62 saylı Saatlı Seçki Dairəsindən deputat seçilən Ə. Amaşov bu ilki seçkilərə qatılmamaq qərarı verib.

O, Seçki Dairəsinə namizədliklə bağlı hər hansı sənəd təqdim etməyib. MŞ sədrinin telefonları bağlıdır, hazırda xaricdə olduğu bildirilir.