Messi Çin vaksini ilə peyvənd olunacaq
30.04.2021

“Barselona”nın hücumçusu Lionel Messi Amerika Kuboku yarışlarında iştirak etmək üçün koronavirusa qarşı vaksinasiyadan keçəcək. TV3 xəbər verir ki, Argentina millisinin tərkibində turnirə qatılacaq futbolçu Çin istehsalı olan vaksinlə peyvənd olunacaq. Messi üçün xüsusi olaraq hazırlanmış peyvəndin bir dozası Barselonaya gətiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl Messi “Sinovac” şirkətinə üç ədəd imzalı idman köynəyini göndərərək, Cənubi Amerika futbolçuları üçün 50 min doza vaksin almağa yardımçı olub.