Məşhur dünya ulduzunun meyiti tapıldı
15.10.2019

Cənubi Koreyada "F(x)" qrupunun keçmiş üzvlərindən olan Sullinin Seonqnamdakı rezidensiyasında meyiti tapılıb. VisionTV.az-ın məlumatına görə, əsl adı Çoy Jin-ri olan 25 yaşlı Sullinin intihar etdiyi ehtimal edilir. Hazırda polis intihar ehtimalını nəzərdən keçirir.
Cənubi Koreya mətbuatının xəbərinə görə, polis intihar məktubu tapmayıb. Amma meyitin tapıldığı evdə cinayətə dair də heç bir fakt tapılmayıb. Buna görə də, intihar versiyası əsas götürülüb. Bundan başqa Sullinin ağır depresiyadan əziyyət çəkdiyi də bildirilir.