Mərkəzi Bankdan manatla bağlı VACİB AÇIQLAMA
16.05.2019

Alim Quliyev : Azərbaycanda manatın məzənnəsinin dəyişməsi üçün heç bir əsas yoxdur

Azərbaycanda manatın məzənnəsinin dəyişməsi üçün heç bir əsas yoxdur.

Bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev deyib.

Bank rəsmisi bildirib: "Manatın məzənnəsinin sabitliyi üçün bu gün bütün əsaslar var. Bizim valyuta rezervlərimiz və beynəlxalq bazarlarda vəziyyət makroiqtisadiyi sabitliyi təmin etməyə imkan verir. Bu baxımdan manatın məzənnəsini sabit saxlamaq üçün bütün şərtlərimiz var”. (trend)