“Məqsədimiz ölkəmizi yenidən formalaşmış qlobal, siyasi və iqtisadi arxitekturanın mərkəzinə yerləşdirməkdir”
Videonu Aç
“Məqsədimiz ölkəmizi yenidən formalaşmış qlobal, siyasi və iqtisadi arxitekturanın mərkəzinə yerləşdirməkdir”
29.11.2022 MEDİA Tərəfindən

“Məqsədimiz ölkəmizi yenidən formalaşmış qlobal, siyasi və iqtisadi arxitekturanın mərkəzinə yerləşdirməkdir.”

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Otelçilər Federasiyasının 7-ci Baş Assambleyasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.  

Prezident Ərdoğan deyib:

"Pandemiya dövründə qısa bir fasilə versək də, həm turist sayı, həm də turizm gəlirləri baxımından ölkəmizin pik nöqtəsini birlikdə yaşayırıq. Türkiyənin 2021-ci ildə turist sayı baxımından dünyada dördüncü, turizm gəlirləri baxımından isə səkkizinci yerə yüksəlməyi bu il daha yaxşı yerləri tutacağımızdan xəbər verir. Məqsədimiz ölkəmizi yenidən formalaşmış qlobal, siyasi və iqtisadi arxitekturanın mərkəzinə yerləşdirməkdir.”

İlahə Əliyeva