Sosial media üzərindən yazdığım qeydlər.
"Polis günü" adi günlərdən biri deyil. Bu günün minlərlə qəhrəmanı, qazisi, şəhidi var. Bu günün gecə-gündüz, qarda-çovğunda, yağışda-boranda, xidmət çəkən fədakarları var. Bu günün cinayətkarlardan, başkəsənlərdən, qudurğanlardan, uzaq, təhlükəsiz yaşamağımızı təmin edən mərd oğulları var. Bu günün yollarda, küçələrdə, parklarda, bulvarlarda bir-birimizin ətini yeməyə qoymayan asayiş keşikçiləri var. Bu günün xəstələnəndə, təbii fəlakətin qurbanı olanda, itkini düşəndə, döyülüb-söyüləndə, haqsızlığa tuş gələndə dərhal müraciət edəcəyiniz ədalət keşikçiləri var. Onlar olmasa əmin olun ki, bu millətin abırı gedər. Övladlarınıza banditi, oğrunu, baş kəsəni nümunə göstərmək, onları təbliğ etmək əvəzinə bu cür şərəfli peşə sahiblərini örnək gətirin. Bütün polis əməkdaşlarını təbrik edirəm.
P.S. Ağıllı sifət alıb polisdə haqsızlıqlar var deməyin. Bütün peşə sahiblərində haqsızlıq edənlər var. Bir peşə deyin ki orda çaqqal olmasın.

***
Ermənistan parlamentinin sədri Alen Simonyan deputat mandatından imtina edib. Səbəb çox güman ki, Paşinyanın onu bu dəfə parlamentin spikeri postunda görmək istəməməsidir. O da manatdan imtina edib. Simonyan parlaq fiqurdur. Paşinyan onu küsdürüb uzaqlaşdırasa ciddi müxalifətə çevrilə bilər.

***
Futbol üzrə dünya çempionatına baxmıram. Amma onu bilirəm ki çempion Amerika materikində yerləşən ölkələrdən biri olacaq. Çünki indiyə kimi heç bir Avropa ölkəsi Amerika materikində keçirilən çempionatda qalib olmayıb.

***
"Qurtuluş və dirilmə" sənədli filmi.
Ümumi milli lider Heydər Əliyev haqqında ərsəyə gətirdiyim yeni film. Real TV-də efirə getdi.Televiziyada işlədiyim 34 il ərzində Ümum milli lider Heydər Əliyev haqqında hazırladığım 5-ci sənədli filmdir. Filmlərdən ikisini Heydər Əliyevin sağlığında hazırlamışdım .
***
Netanyahu hökumətinin axmaq qərarı fars-mollasevərlərin əl-qolunu açmasın. Onların düşmənçiliyi daha betərdir. İran parlamentinin millət vəkili Kamran Qəzənfəri kimi fars şovinistlərinin Azərbaycana qarşı hədələri real təhlükə mənbəyidir. Və cavabı verilməlidir. Bu şərəfsizin Azərbaycanı vurmaq hədəsinə verdiyim cavaba rəy bölümündən baxın.
P.S. Azərbaycana, Türkiyəyə qarşı düşmənçilik cavabsız qalmayacaq, qalmır da. Türk dünyası ilə dost olan xeyir tapır. Düşmənçilik sonrakı peşmançılıq deməkdir ki, onun da faydası olmur.

***
Netanyahu kabineti tarixinin ən yalnış qərarını verdi. Parlament də bu səhvi təkrarlasa heç nə, apar tulla. Dövlət şəxsi maraqlar, şəxsi düşmənçilik naminə idarə olunmamalıdır. Və qəbul etdikləri "erməni soyqırımı" qərarı öz əhəmiyyətini itirmiş, "milçək bir şey deyil amma ürək bulandırır" səviyyəsinə enmiş bir yalandır. Bu yalandan Netanyahu kabinetinin Türkiyəyə qarşı istifadə etmək istəyi də effekt verməyəcək. Bu qədər düşmənlə əhatə olunduqları bir vaxtda bir tərəfdən də bütün türk dünyası ilə problem yaradırlar.

***
Həmişə misal çəkirəm.
44 günlük müharibədə Rusiya Baş Qərargahının bir polkovniki Rusiya telekanalında belə bir cümlə işlətdi: "Dövlətin müstəqilliyini sübut edən əsas instrumentlərdən birincisi ordudur. Və Azərbaycan uzun ildən sonra bu instrumentə sahib oldu".
Bəli Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyimizi əsas qarantıdır. Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağ müharibəsində öz qanı, canı bahasına bunu bütün dünyaya, əsas da düşmənlərimizə sübut etdi. Bu gün deyirik ey regionun lider dövləti, qlobal oyunçu, transmilli layihələrdə aparıcı ölkə, beynəlxalq marşrutlarların mərkəzi və sair. Bütün bunların həyata keçməsinin əsas səbəbkarı məhz Azərbaycan əsgəri, zabiti, ordusudur.
P.S. Menim oğlum da bu gün əsgərdir. Şərəflə öz vətəninə, dövlətinə xidmət edir. Oğlum daxil bütün Azərbaycan əsgərini, zabitini və Ali Bas Komandanı təbrik edirəm.

***
Heç nəyin ənənəvi halı qalmayıb. Son illər hətta müharibə etməyin, danışıqlar aparmağın, sülh müqaviləsi bağlamağın da ənənəvi halı ilə rastlaşmırıq. Rusiya-Ukrayna və ABŞ-İran müharibələridə ənənəvi deyil. İndiki müharibələrdə dövlətlər proksi qüvvələr kimi iştirak edir. Kimin proksi gücü olduğu isə çox vaxt qeyri-müəyyən qalır.
***
Avropa Parlamenti miqrantların Avropadan qovulması barədə qanun qəbul edib. 666 deputatdan 428 nəfər sənədin lehinə səs verib. Bu da sizə tolerant, demokratik, azad Avropa. Reyqan vaxtilə dahiyanə proqnoz vermişdi. Deyirdi vaxt gələcək faşistlər liberal adı altında idarə edəcəklər. O dövr məhz bu dövrdü. Gəlib çatmışıq.
***
Müctəba Xamenei İran xalqına müraciətində deyib ki, mən ABŞ ilə razlaşmanın tərəfdarı deyildim amma Pezeşkian xahiş etdi deyə dedim cəhd elə gör nəsə alınır.
Bu da dədəsi kimi etdiyini boynuna almır ki, baş tutmasa Pezeşkianı xalq düşməni elan edib, versin rasxoda.

***
Fransa yenə mollalara sahib çıxdı. Paris Trampı tələsdirdi və İranla razlaşma sənədini imzalatdı. Makrona bu günkü İran rejimi çox lazımdır. Həm ermənilərə, həm də ərəblərə görə. Parisin İransız Ermənistana və Qafqaza çıxışı yoxdur. Bu çıxışı əldə etməklə İrəvana daim himayə edə biləcək, Türkiyə və Azərbaycana isə təzyiqlərini həyata keçirəcək. O cümlədən Livana nəzrət üçün Makrona Hizbul*lah da lazımdır. Bu məsələdə də Parisin köməyinə yenə İran gələ bilər. Buna görə ilk gündən Fransa ABŞ-nin İrana hücumuna qarşı çıxdı, parçalanmasının, indiki rejimin məhv olmasını istəmədi. Və bunun üçün əlindən gələni etdi.
Bəs mollalar Fransaya etibarlı olacaqlarmı?
Fransanın 1979-cu ildə Xomeynini Parisdən gətirib İranda baş molla edəndən bəri etibar edirlər. Yəqin yenə edəcəklər.
Şöhrət El-Dəniz
visiontv.az