MƏN TORPAĞAM...
01.04.2019

Bu gün xalq şairi Rəsul Rzanın xatirə günüdür

Rəsul Rza- SSRİ Dövlət Mükafatı laureatı (1951), Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınan və sevilən şair-dramaturqdur. Hər birimiz onu xalq şairi olaraq tanıyırıq.

Rəsul Rza 1910-cu il may ayının 19-da Azərbaycanın Göyçay şəhərində   anadan olmuşdur. Atasını erkən itirmiş və qohumlarının himayəsində böyüyüb- başa çatmışdır.

1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda oxumuşdur.

Rəsul Rza Azərbaycan Yazıçıları İttifaqının sədri (1939), Azərbaycan Kinematoqrafiya naziri (1945-48), Azərbaycan Ensiklopediyasının baş redaktoru (1966-75), Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri (1960-81), Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri (1966-75), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü (1964 ildən), olmuşdur.

 Rəsul Rzanın "Bu gün" adlı ilk şeri 1927-ci ildə dərc olunmuşdur. İlk şerlərindən Rəsul Rza müasirlik ruhu ilə seçilən lirik şair kimi diqqəti cəlb etmişdir.

Böyük Vətən müharibəsi illərində hərbi müxbir olan Rəsul Rza  xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaradaraq qələmini daha da gücləndirmişdir. ("Vətən" (1942), "İntiqam! İntiqam…" (1943) şer kitabları bu qəbildən olan əsərlərdəndir.

Rəsul Rza, yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə geniş idi. İnsanlıga dəyər verirdi xalq şairi əsasən. Onun ("Şerlər" (1959), "Pəncərəmə düşən işıq" (1962), "Duyğular, düşüncələr" (1964), "Dözüm" (1965) şer kitabları). "Qızıl gül olmayaydı" (1958-61), "Bir gün də insan ömrüdür", "Xalq həkimi" (1961) poemalarında insanpərvərlik ideyaları əks olunmuşdur.

Mən torpağam, məni atəş yandırmaz;

Tərkibimdə kömürüm var, külüm var.

Mən baharam, çəmən-çəmən

Çiçəyim var, gülüm var.

Mən küləyəm,əsməsəm

Kim bilər ki, mən varam.

Mən buludam, səhraları susuz görüb

Ağlaram ,

Mən ürəyəm, döyünməsəm ölərəm.

Mən insanam,

Sadə insan əlinin

yaratdığı nemətlərlə öyünməsəm,

ölərəm.

Uşaqlar üçün də yazmışdır ("Balacaların şəkilli təbiət ensiklopediyası" seriyasından kitabçalar). Ədəbi-tənqidi və publisistik məqalələri oçerkləri var ("Mənim fikrimcə" kitabı, 1967).

Əsərləri bir sıra xarici dilə tərcümə edilmişdir. Bir çox şerlərinə musiqi bəstələnmişdir

Onun "Qızılgül olmayaydı" poeması isə Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir. Poemanın əsas mövzusu Müşfiqin həyatı və taleyi ilə baglıdır. Bununla belə, R.Rza öz qəhrəmanının nümunəsində ümumiyyətlə 30-cu illər cəmiyyətinin faciəsini,təsvir etmişdir. Poema lirik-epik səpkidə yazılmışdır. Əsər müəllifin nakam şairimiz Müşfiqin həyat yoldaşı Dilbər xanımla söhbəti şəklində başlanır.

 Rəsul Rza 1981-ci il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Bakı küçələrindən biri  hazırda onun adını daşıyır.