Mən fikrimi dəyişdim: Rusiya saytlarının, tele-efirinin Azərbaycanda bağlanmasını istəmirəm
Mən fikrimi dəyişdim: Rusiya saytlarının, tele-efirinin Azərbaycanda bağlanmasını istəmirəm
13.05.2022 Şöhrət El-Dəniz Tərəfindən

Solovyovların verilişləri bizə düşmən kim, dost kim çılpaqlığı ilə tanıdır.

Bəzən deyirik ki, elə mən də deyirəm Solovyovların, Simonyanların verilişlərinə Azərbaycanda blok qoyaq, bağlayaq. Amma bunların verilişlərinə baxdıqca fikirləşirəm ki, lazım deyil. Bunlar danışdıqca özlərini Azərbaycan xalqının gözündə zatən ifşa edirlər. Azərbaycan toplumu, sıravi insanlar düşmənin kim olduğunu onların öz dilindən eşidir. Bakıya nüvə silahı atmaq istəyənin, ermənilərə görə bizi məhv edənin, Rusiyanın tərkibinə qatıb kölə etmək istəyənin kim olduğunu hamı əyani, öz gözləri ilə görüb, qulaqları ilə eşidir. Bağlasaq nə görə biləcəyik, nə də onların bizə düşmən dediklərinə, mülki əhalinin yaşadığı şəhərlərimizi bombalamaq istədiklərinə inanmayacağıq.

Əksinə eşidib görənləri söyəcəyik ki, yalan deyirsən. Ruslar elə xalq deyil. Mələkdirlər. İndi gözümüzlə gördüyümüzü, qulağımızla eşitdiyimizi burdakı rusbaşların boynuna qoymaq olmur. Bizi borclu çıxardırlar. O da qala kimdənsə eşitdiyimizi sübut edək. Ona görə bağlamaq lazım deyil.

Baxmaq lazımdır. Baxın və görün bunlar nə cür insanlardır. Rusiya mediasında digər bir  məqam da mənim diqqətimi cəlb edib. Rusiyanın mövcud qanunlarına görə ölkədə milli, irqi ayrı seçkilik edənlərə, millətlərarası ədavəti qızışdıranlara qarşı cinayət məcəlləsinə uyğun cinayət işi açılmalıdır.

Amma çox maraqlıdır RTR-in aparıcısı Solovyova bu cəza niyə tətbiq edilmir. Ona qarşı cinayət işinin açılması bir yana heç kim Solovyova irad bildirməyi, onu məhkəməyə verəcəyi ilə hədələdiyinə də rast gəlməmişəm. Halbu ki, bütün günü RTR-in efirindən Ukrayna xalqının məhv edilməsini, Ukrayna dövlətini ləğv edilb parçalanmasını, Rusiyanın tərkibinə qatılmasını  tələb və təbliğ edir. Rusiya dövlət televiziyasından bir milləti yer üzündən silməyi təklif edən, bütün günü millətlərarası qarşıdurmanı təbliğ edən bir zehniyyat 44 günlük savaşda Azərbaycana və azərbaycanlılara da eyni mövqe sərgilədi. Amma indiyə kimi Rusiya hüquq-mühafizə orqanları Solovyova və onun kimi faşistlərə bir kəlmə irad bildirməyib.

6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Şöhrət El-Dəniz

Visiontv.az