Meliorasiya və Su Təsərrüfatı ASC vətəndaş qəbullarını onlayn və elektron qaydada həyata keçirəcək
19.03.2020

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin təşkil olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin 2020-ci il 16 mart tarixli məktubu ilə verilmiş tapşırıqlara əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və Cəmiyyətin tabeli qurumlarında vətəndaş qəbulu onlayn və elektron qaydada həyata keçiriləcək.

Visiontv.az-ın "mst.gov.az" saytına istinadən verdiyi xəbərə görə, vətəndaşların müraciətləri elektron, onlayn qaydada və telefon rabitəsi vasitəsilə fasiləsiz cavablandırılacaq.

Vətəndaşların müraciətləri cəmiyyətin (012) 498-15-84 və (012) 498-47-64 telefon nömrələri vasitəsilə qəbul ediləcək və cavablandırılacaq.

Bununla yanaşı, vətəndaşlar cəmiyyətin www.mst.gov.az internet səhifəsi və info@mst.gov.az elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilərlər.

Müraciət edənlərin sualları operativ şəkildə cavablandırılacaq.

Bundan əlavə, martın 20-28-də cəmiyyətin rəhbərliyi növbəlilik əsasında fasiləsiz iş rejimində çalışacaq.