Məktəbli qızın intiharının səbəb və nəticələrini nəinki bütün jurnalistlər, BÜTÜN CƏMİYYƏT İSTƏYİR!
12.04.2019

Elina Hacıyevanın intihar etməsi ilə bağlı mətbuat konfransı

Məktəbli qızın intiharı cəmiyyəti narahat edən əsas məsələlərdəndir. Hər birimizə məlumdur ki, bu kimi hadisələrdən heç birimizin balası sığortalanmayıb. Kimliyindən, kimin balasından  asılı olmayaraq bu hadisənin özü şəxsən iştirakçısı ola bilər. Təhsil-tərbiyyə ocağında belə halların olması ümumiyyətlə yolverilməzdir. Jurnalistlər, mətbuat işçilərinin  hər bir hasdisədən isə xəbər tiutmağa,operativ məlumat ötürməyə, səbəb nəticələri xalqla bölüşməyə haqqı var.

 Xəbər veririk ki, Təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin 162 nömrəli tam orta məktəbinin şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı mətbuat konfransı keçirəcək.

“Report” xəbər verir ki, bu gün nazirlikdə baş tutacaq konfransda hadisə ilə əlaqədar aparılan xidməti araşdırmanın nəticələri açıqlanacaq.

Xəbərdə deyilir ki, nazir məsələ ilə bağlı görülən işləri, qəbul edlən qərarları ictimaiyyətin diqqətinə çatdıracaq, sualları cavablandıracaq. 

Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən verilən məlumatda isə bu mətbuat konfransının yalnız sayılı media orqanlarını təmsil edən jurnalistlər üçün keçirildiyi qeyd olunub. 

Nazirlikdən həmçinin tədbirin nə zaman baş tutacağı ilə bağlı da konkret məlumat verilməyib. 

Qeyd edək ki, aprelin 4-də Bakının 162 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi E.Hacıyeva özünü təhsil aldığı məktəbin 3-cü mərtəbəsinin pəncərəsindən ataraq intihar edib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsində hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı açılan cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranan zərurəti nəzərə alınaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb. Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.

Ümumiyyətlə cəmiyyətimizdə bu kimi hadisələr hər bir dövlət orqaninnin belə yanaşması sarsıdıcı məqamdır. Hər birimiz bu hadisənin açıqlamasın gözləyirik. Cəmiyyətin qınağı üçün qurban gedən Elina bizim hər birimizin balasıdır, bacısıdır.

visiontv.az    Şəlalə Bbayeva