Məktəbli İNTİHAR etdi-Səbəb Psixoloji təyziq
06.04.2019

Bakıda 162 nömrəli məktəbdə özünü üçüncü mərtəbədən atan şagird xəstəxanada dünyasını dəyişib.

Bakıda 162 nömrəli məktəbdə özünü üçüncü mərtəbədən atan şagird xəstəxanada dünyasını dəyişib.

 Məlumata görə, qız bu gün səhər saatlarında keçinib.

Qeyd edək ki, hadisə baş verdikdən dərhal sonra məktəbli qızın üçüncü mərtəbədən bədbəxt hadisə nəticəsində yıxıldığını bildirilirdi. Daha sonra isə məlum oldu ki, qız psixoloji təzyiqlərə görə intihara əl atıb.

Visiontv.az xəbər verir ki,  məktəblinin yaxınlarının sözlərinə görə məktəblini lağa qoyduqları üçün o, özünü atıb və bu bədbəxt hadisə deyildi, intihara cəhd idi.

 Məktəbli yoldaşlarından birinin  musahibəsində deyilir: “Mən onu yaxşı tanıyıram. Biz rəfiqəyik, onların evlərinə gediş-gəlişimiz var. Məktəbdə uşaqlar onu lağa qoyurdular. Heç başa düşmürdü, bunu niyə edirlər. Onu məsxərəyə qoyub gülürdülər. Ailəsi nə çox imkanlı, nə də kasıbdır. Valideynlərinin arasında evdə heç bir problem olmayıb, onlarla münasibəti çox yaxşı olub.

O, bu barədə mənə danışırdı, sıxıldığını deyirdi. Anası da, biz də bu məsələ ilə bağlı məktəb rəhbərliyinə müraciət etsək də, bizə fikir verən olmamışdı. Ümumiyyətlə, yuxarı sinifdəki uşaqlar tək ona yox, bir çox şagirdlərə qarşı belə psixoloji təzyiqlər edirlər. Müdir isə onun anasına deyib ki, problem sizin uşağınızdadır.

Anası onunla dost kimi idi. Bir müddət əvvəl oğlan dostundan ayrıldığını da deyəndə anası ona dəstək olmuşdu. Ailə probleminə görə belə bir şey olmayıb. O, bütün bu lağlağıdan sıxıldı və özünü üçüncü mərtəbədən atdı.

Bu bədbəxt hadisə deyildi, bilərək atdı. Atası da bu məsələni araşdırır. Artıq məktəbdən aidiyyəti orqanlara şikayət etməyə hazırlaşırlar”.

Qeyd edək ki, bundan əvvəl məktəbli qızın üçüncü mərtəbədən bədbəxt hadisə nəticəsində yıxıldığını bildirirdilər.