Məktəbəhazırlıq mərhələsi ümumi təhsil pilləsinə daxil edilir
07.09.2020

Məktəbəhazırlıq mərhələsi ümumi təhsil pilləsinə daxil edilir.

Visiontv.az-ın məlumatına görə, bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Qüvvədə olan qanuna (19.4-cü maddə) əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir. Dəyişikliyə əsasən, qanunun bu maddəsi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən, Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini,  ibtidai, ümumi orta  və tam orta təhsil səviyyələrini əhatə edir. 

Digər yenilik isə odur ki, ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda təşkil oluna bilər.