24.04.2019
Axtar
Gündəlik
alt

Məktəbə psixoloji XİDMƏTə kimlər yardım göstərə bilər?-YENİ

Artıq bir neçə gün öncə 163 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı, daha sonra "İdrak" liseyinin şagirdi Qalib Qasımovun sinif yoldaşları tərəfindən döyülməsi bir daha sübut edir ki, uşaqların, xüsüsən də  məktəbli gənclərin psixoloq yardımına ehtiyacı var.  Lakin çox təssüflə qeyd edək ki, məktəblərdə psixloq ştatı onların nəinki sayına heç qrup halına bölsək belə çata biməz. Şagirdlər isə yeniyetmə yaşını məktəbdə keçirdikləri üçün onlara psxoloq yarrdımı əvəzsizdir. 

Bu gün vurğulayaq ki, hər addımbaşı şəhərimizin ən dəbli küçələrində ən dəbli, müüasir, ozəl struktura malik psixoloji mərkəzlər fəaliyət göstərir. Əlbəttə ki, ödənişli tələblərlə. Özüdə bir paketin qiyməti olduqca baha. Psixoloji seanslarda daha çox gənclərin iştirakının vacibliyi onların yaş həddindən irəli gəlir əlbəttə. Nə qədər valideyn himayəsi, nə qədər sevgisi olursa olsun gəncə daha çox sosial sevgi, özünəinam lazımdı. Bunu da kənardakılar verə bilər. Hər valideynin də gücü çatmır ki, maddi baximdan uşaqlarını əlavə olaraq seanslara göndərsinlər. Məktəb psixoloqlarına da ki, hər birimizə məlumdur ki, şagirdlərin əksəri müraciət etmir. Çox güman ki,  bu sahədə ancaq nəzəri biliyə malik olması ilə bunun izahını vermək olar ilk olaraq. Eyni zamanda iri məktəb kollektivi ilə bir psixoloqun çalışması da düzgün fikir olmazdı. 

Bəs məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxşdirmi? sualını  versək əgər təhsil eksperti Kamran Əsədovun şırhinə diqqət çəkməyi məsləhət bilirik: "Təhsil sahəsində olan problemlərə nəzər salsaq, onlardan biri və bəlkə də ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir. Son illər bununla bağlı bir çox tədbirlər görülür. Görülən tədbirlər nəticəsində, artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyəti. Təəssüf ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşır".

Ekspertin sözlərinə görə, məktəblərdə psixoloji xidmətin zəif olmasının bir çox səbəbləri var: "Bu sahə yeni olduğu üçün məktəblərdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də, maariflənmə işi daha da geniş formada aparılmalıdır. İkinci bir tərəfdə psixoloq ştatının olması, ancaq psixoloqların psixoloji işi aparması üçün şəraitlərinin olmamasıdır. Çünki heç kimə sirr deyil ki, bir qisim orta məktəbdə psixoloqlar konkret əvəzçiliklə dərs demək, öz işləri ilə yanaşı başqa işləri də yerinə yetirmək durumu ilə üz-üzə qalırlar".
"Xoşagəlməz fakt odur ki, son vaxtlar baş verən intiharların çoxu orta məktəb şagirdləri tərəfindən edilir. Valideyn uşağı ilə ünsiyyət və tərbiyə prosesini düzgün qurmaqda çətinlik çəkir, ailədaxili münasibətdə konflikt var. Bu hadisələrin fonunda yeniyetmənin özünün fərdi daxili psixoloji problemi meydana gəlir və onu valideyn təyin edə bilmir. Uşaq əgər gündə dörd saat məktəbdə olursa, digər vaxtları evdə olur. Bu, sırf psixoloqla bağlı bir məqam deyil. Düşünürəm ki, burda valideynlərin məsuliyyətini bir az da qabartmaq lazımdır. Və hər şeyi də psixoloqdan gözləmək düzgün deyil. Ümumilikdə orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil. Hesab edirəm ki, orta məktəblərdə çalışan psixoloqların özünə psixoloq lazımdır" – deyə Əsədov qeyd edib.

Bəli psixoloqun özünə psixoloqun lazım olması kəliməsi artıq bu  sahədə həyəcan təbilini çalmağın vaxtı olduğunu deyir. Məktəbə psixoloji xidmət böyük bir sahəni əhatə edir və onunla işləmək ayrılıqda bir sahədir. Ölkəmizdə yeni inkişafına baxmayaraq düşünürük ki. bu sahənin inkişafına olan qayğını hər birimiz inkişaf etdirməliyik. Bu sahədə elə adını çəkdiyim psixoloji mərkəzlər  köməkliklər göstərə bilərlər. Nəzərə alsaq ki, beynəlxalq təcrübəni daha çox onlar verir və bilir bu sahənin inkişafına da təsir göstərə bilərlər əlbət.  Baş verən hadisəyə  dair  bir məqalə və ya hansısa bir musahibə verməklə deyil. Cəmiyyətin uzvlərinə və problemlərinə yaxından iştirak ilə.

visiontv.az           Şəlalə Babayeva  

 



 

Şərh yazın