MƏİŞƏT ZORAKILIĞInın qarşısının alınması üçün monitorinq qrupları yaradıldı-AÇIQLAMA
11.04.2019

Prezidentin tapşırığı ilə respublika üzrə məişət zorakılığının qarşısını almaq üçün monitorinq qrupları yaradılıb

"Prezident İlham Əliyevin tapşırığı ilə bütün respublika üzrə məişət zorakılığının qarşısının alınması üçün monitorinq qrupları yaradılıb”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, həmin monitorinq qruplarının içərisində hər bir aidiyyəti qurumun nümayəndəsi təmsil olunur: "Bununla yanaşı, profiloktik işlərin görülməsi də həmin monitorinq qrupunun diqqətindədir. 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdinin intiharı işində də həmin monitorinq qrupunun öz tövsiyyə və fikirləri olacaq”.

xezerxeber.az