Mehriban Əliyevadan "Səninləyik Türkiyə" mesajı
30.07.2021

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva öz Feysbuk profilində Türkiyədə baş verən yanğınlarla əlaqədar türk xalqının yanında olduğunu bildirib.

Visiontv.az xəbər verir ki, mətndə deyilir:

"Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!"