Mehmandarovlardan bəhs edən film ilk dəfə nümayiş olunacaq
02.06.2023

Mehmandarovlar sülaləsindən bəhs edən bədii-sənədli “Millət naminə” filmi ilk dəfə nümayiş olunacaq.

Visiontv.az bildirir ki, “Azərbaycanfilm” kinostudiyasından verilən xəbərə görə, filminin nümayişi 5 iyun saat 19.00-da Nizami Kino Mərkəzində olacaq.

Xatırladaq ki, filmin rejissoru Əməkdar incəsənət xadimi Yavər Rzayev, ssenari müəllifləri isə Y.Rzayevlə birgə tədqiqatçı-alim Vasif Quliyevdir.

7 hissədən ibarət olan filmin əsas qəhrəmanı, nəslin parlaq üzvlərindən biri olan Mustafa bəy Mehmandarovdur. Filmdə kadrarxası səsin qəhrəmana ünvanladığı suallar və cavablar həm də dövrün ictimai-siyasi mənzərəsini ekrana gətirir.