Məhkəmə və hüquq-mühafizə orqanlarına ayrılan xərclər artırlır
18.10.2019

Gələn il məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri üçün 1 milyard 973 milyon 100 min manat vəsait ayrılacaq.

Gələn il məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri üçün 1 milyard 973 milyon 100 min manat vəsait  ayrılacaq.

Visiontv.az-ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 25,8 faiz, yaxud 404,8 milyon manat çoxdur. Bu il dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 1 milyard 568 milyon 300 min manat proqnozlaşdırılıb.

APA