Məhkəmə humanistlik göstərərək Tofiq Yaqublu barəsindəki həbs qərarını ev dustaqlığı ilə əvəzləyib-Penitensiar xidmət
18.09.2020

Mətbuatda məlumat verildiyi kimi, məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saxlanıldığı 3 saylı istintaq təcridxanasında 02.09.2020-ci il tarixdən yemək qəbulundan imtina edib, bununla əlaqədar səhhəti həkim nəzarətinə götürülərək o, təcridxananın tibb məntəqəsinə köçürülüb.

Penitensiar Xidmətdən Visiontv.az-a bildirilib ki, eyni zamanda, onun şəxsən tanıdığı mülki sektorun həkimi Adil Qeybullanın konsultasiyası təşkil edilib. A. Qeybulla onun səhhətinə gündəlik nəzarət edilməsi və müalicəsinin aparılması üçün çalışdığı xəstəxanaya – "City Hospital"a köçürülməsini xahiş edib.

Bununla əlaqədar T. Yaqublunun səhhətinə qayğı və həssaslıqla yanaşılaraq, o, 12.09.2020-ci il tarixdə həmin xəstəxanaya yerləşdirilib.