Media yeni qanunu gözləyir - VİDEO
04.03.2021

Media haqqında qanun hazırlanarkən sosial media üzərindən fəaliyyət göstərən youtube kanalları, bloggerlər və bu kimi fəaliyyət sahələri nəzərə alınmayacaq. Bunun izahı isə sadədir. Medianın inkişafı naminə hazırlanan qanun layihəsi ənənəvi medianın tənzimlənməsinə, profesional mühitin yaradılmasına təkan verməlidir. Hər nə qədər sosial mühitdə açılan səhifələr, kanallar izləyici kütləsinə malik olsalar da,insanlar rəsmi,mənbəyi dəqiqləşdirilmiş informasiyaya üstünlük verir. Media haqqında qanun hazırlandığı müddətdə vahid jurnalist kartı sisteminin müzakirəsi də diqqət mərkəzinə düşdü. Media eksperti Qulu Məhərrəmlinin fikrincə media kartının tətbiqi zamanı bəzi dəqiqləşdirmələrə ehtiyac var.

Azərbaycan Jurnalistlər Birliyinin Sədri Elçin Şıxlının sözlərinə görə vahid jurnalist kartı qələm əhlinə imtiyazlar qazandıracaq.

Qanunun hazırlıq mərhələsində Milli Televiziya və Radio Şurası da yaxında iştirak etdiyi üçün adı çəkilən qurumla əlaqə saxladıq. MTRŞ-nın aparat rəhbəri Fazil Novruzov bildirdi ki,bu günə qədər qanunun şamil ediləcəyi tv və radio nümayəndəlikləri ilə görüşlər təşkil olunub və onlardan gələn bütün təkliflər dəyərləndirilib.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi (MEDİA) “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılıb. Hazırda Media haqqında qanun hazırlanır. Yaxın müddətdə qanun təstiqlənməsi üçün Milli Məclisə təqdim ediləcək.

Real TV