MEDİA və AZTV-nin Teleradio Akademiyası jurnalistlər üçün yeni layihəyə başlayır
MEDİA və AZTV-nin Teleradio Akademiyası jurnalistlər üçün yeni layihəyə başlayır
16.09.2021 MEDİA Tərəfindən

AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA), TİKA və Türkiyənin Nişantaşı Universiteti ilə bigə media nümayəndələri üçün yeni layihəyə başlayır.

Visiontv.az xəbər verir ki, “Qabaqcıl televiziya proqramlaşdırması” adlı layihədə Nişantaşı Universitetinin müəllimləri – prof. Hüseyn Çelik, dr. Burcu Kurtiş, dr. Ahmet Sinav və s. kimi təcrübəli mütəxəssislər aşağıdakı mövzular üzrə onlayn dərslər keçəcəklər:

• Qloballaşma və televiziya;
• Xəbər yazma texnikası;
• Kinematoqrafiya;
• Canlı yayım komandasının birgə fəaliyyəti;
• Televiziya jurnalistikası;
• Ənənəvi televiziya proqramları;
• Ssenarinin yazılması;
• Hazırlıq və çəkiliş proseslərində istifadə olunan avandanlıqlar;
• Çəkiliş prosesi;
• Dublyaj və musiqi;
• Tətbiqdən sonrakı yayım prosesləri;
• Seriallar bazarı və digərləri.

Onlayn dərslər 23.09.2021 tarixində başlayacaq, 04.11.2021 tarixində yekunlaşacaq.

Qeyd edək ki, layihədə respublika üzrə 70 nəfərə yaxın media nümayəndəsinin iştirakı planlaşdırılır. Treninqlərdə ən fəal iştirak edən 30 jurnalist 5 günlük Türkiyəyə təcrübəyə göndəriləcək. Türkiyədən olan mütəxəssislər səfərdən öncə media təmsilçiləri ilə müsahibə aparacaq.

Layihədə iştirak etmək istəyən media təmsilçilərindən CV-lərini tvacademy@aztv.az elektron ünvanına 20.09.2021 tarixinə kimi göndərmələri xahiş olunur.

Elektron məktubu göndərən zaman mövzu yerinə “Qabaqcıl televiziya proqramlaşdırması” yazılmalıdır.

Əlavə məlumat üçün əlaqə:
+994 50 227 21 68
+994 12 537 02 23