MEDİA tərəfindən xüsusi tədbirlərin işlənib hazırlanması nəzərdə tutulur
MEDİA tərəfindən xüsusi tədbirlərin işlənib hazırlanması nəzərdə tutulur
12.01.2022 MEDİA Tərəfindən

Yaxın gələcəkdə media subyektlərinin iqtisadi müstəqilliyi, jurnalist və qeyri-jurnalist olan media nümayəndələrinin peşəkarlığının artırılması, region mediasının inkişafı, mediada reklam məsələləri, rəqəmsal media və gənclərlə bağlı müxtəlif layihələrin, sahəvi jurnalistikanın müxtəlif istiqamətləri üzrə xüsusi tədbirlərin işlənib hazırlanması nəzərdə tutulur.

Visiontv.az  xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun “Media islahatları: yeni hədəflərə doğru” sərlövhəli məqaləsində yer alıb

Ə.İsmayılov qeyd edir ki, Agentlik şəffaflıq prinsipini daim rəhbər tutaraq fəaliyyətini media nümayəndələri üçün maksimum açıq şəkildə təşkil etməyə çalışır. Ötən dövr ərzində qurum nümayəndələrinin 250/300 açıqlama müsahibəsi yayımlanmış, 100-dən çox özəl reportaj, 500-ə yaxın post, 200-ə yaxın pres-reliz, məlumat bülleteni və bəyanat hazırlanmışdır. Bugünə qədər Agentliyin təlim, seminar və digər layihələrinə 60-dan çox təlimçi, 350-dən çox media nümayəndəsi cəlb edilmişdir.

"Biz fəaliyyətimizi cəmiyyətlə bölüşməkdən, onların mediaya olan marağına uyğun yeni layihələr təqdim etməkdən böyük məmnunluq duyuruq. Fürsətdən istifadə edərək oxucuları xüsusi proqram vasitəsilə hazırladığımız xüsusi layihələrlə tanış olmağa – milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirə muzeyini və “Milli Mətbuat Tariximizin İnciləri” sərgisini rəsmi saytımızda virtual şəkildə ziyarət etməyə dəvət edirik", deyə Ə.İsmayılov əlavə edib.