21.010.2019
Axtar
Gündəlik
alt

Media nümayəndələri Elinaya görə toplandı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda konfrans keçirilib.

Visiontv.az  xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin sədri Vüqar Səfərli, millət vəkilləri Fazil Mustafa, Sona Vəliyeva, Aydın Mirzəzadə, Teleqraf Holdinqin rəhbəri Aynur Camalqızı, yazıçı, şair Rəşad Məcid, ONA-nın rəhbəri Vüsalə Mahirqızı və digər tanınmış şəxslər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Əflatun Amaşov 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharından və bu olayın mediada hansı şəkildə əks edilməsindən danışıb.

Deputat Fazil Mustafa bu dəhşətli hadisənin cəmiyyətimizi sarsıtdığını bildirib və bəzi neqativ yanaşmaları tənqid edib: "Mətbuat azaddır. Cinayət Məcəlləsində konkret maddələr var ki, hansı məlumatları yaymaq qadağandır. Digər məsələləri mətbuatın yaymaq hüququ var. Hadisə məktəbdə baş verib deyə, məktəblilərin suçlanması yanlışdır. Çayxanalarda qəlyan tüstüsündən oturmaq olmur. Hamısı da yeniyetmələrdir. Tütün əleyhinə qanun qəbul etdik, amma icra etmirlər. Təəssüf ki, biz məktəblərin yanında siqaret satışını, qəlyan verilən yerləri yığışdıra bilmədik”.

xezerxeber.az

Şərh