“Media haqqında” qanun layihəsi artıq yekunlaşmaq üzrədir - Agentlik rəhbəri
“Media haqqında” qanun layihəsi artıq yekunlaşmaq üzrədir - Agentlik rəhbəri
23.07.2021 MEDİA Tərəfindən

“Media haqqında” qanun layihəsinin mətni artıq yekunlaşmaq üzrədir. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib. O bildirib ki, layihə bitdikdən sonra ictimaiyyətə açıqlanacaq.

Ə.İsmayılov Azərbaycanla digər ölkələr arasında beynəlxalq media platformalarının yaradılmasının əhəmiyyətindən də söz açıb: “Artıq Azərbaycan və Türkiyə arasında belə platformanın icrası tərəfimizdən təmin edilməkdədir. Belə media platformalarının sayının artırılması gələcəkdə Azərbaycan mediasının güclənməsi və Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılmasına köməklik göstərəcək”.