“Media etikası jurnalist peşəkarlığının əsas prinsipidir” mövzusunda konfrnas - FOTO
“Media etikası jurnalist peşəkarlığının əsas prinsipidir” mövzusunda konfrnas - FOTO
12.10.2021 MEDİA Tərəfindən

Bu gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə  “Media etikası jurnalist peşəkarlığının əsas prinsipidir” mövzusunda onlayn konfrnas keçirilib.

Visiontv.az-ın əməkdaşının iştirak etdiyi onlayn konfransda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edib.

Bildirib ki, jurnalistika etikası pozulanda cəmiyyətin normal informasiya alması da pozulur və mediaya inam azalır. Jurnalistika prinsiplərinə əməl etməklə ənənəvi, peşəkar mediaya olan etimadı geri qaytara bilərik. İnformasiyanın düzgün mənbəyi biz və mediadır. 44 günlük müharibə zamanı böyük qələbə əldə etmişik, bu baxımdan yeni reallıqları dünya ictimaiyyətinə çatdırmaq üçün mediamız var gücü ilə çalışır. Jurnalist etikasını itirsək, bu, geri dönməyən yol olacaq. Bunun da cəmiyyət və dövlət üçün heç bir faydası olmaz. Bu məsuliyyəti hiss etməliyik. Bu zaman media olaraq kommunikasiya funksiyamızı yerinə yetirə bilmərik. Doğru, düzgün informasiya vermək jurnalistin özünü və çalışdığı medianın nüfuzunu qaldırır və daha etibarlı sayılır. Bu isə onun gələcəkdə biznes inkişafı baxımdan da kömək ola bilər.

Qeyd olunub ki, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi MEDİA Agentliyinin əsas prioritetlərindəndir.

Sonra çıxış edən ekspertlər və KİV nümayəndələri tədbirin əhəmiyyətinə toxunublar. Bildiriblər ki, Azərbaycanda medianın inkişafı üçün bir sıra işlər görülməkdədir. MEDİA tərəfindən mütamadi olaraq jurnalistlər üçün təşkil edilən təlim-seminarlar jurnalistlərin bilikvə bacarıqlarının artırılmasına gətirib çıxardır. Seminarların davamlı keçirilməsi KİV-in daha da inkişafına öz təsirini göstərmiş olacaq.

Onlayn konfransda bir sıra təkliflər irəli sürülüb, geniş müzakirələr aparılıb.