Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev yeni postunda ilk dəfə olaraq Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisində iştirak edib.
VisionTV.az Unikal.org-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və bir çox tanınmış şəxslərin izlədikləri yürüşə Mədət Quliyev də qatılıb. Nazir Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşdükdən sonra, 1980-ci ilədək istehsal olunmuş "Qaz-21" avtomobili idarə edib.