Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
28.02.2020

Ölkə ərazisində mart ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Visiontv.az-a verilən xəbərə görə, mart ayında hava şəraitində keçid dövrünə xas olan tez-tez dəyişiklik müşahidə olunur.

Ay ərzində ümumi temperatur rejiminin dəyişkən olmasına baxmayaraq, orta aylıq temperaturun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.