Mariupolun müdafiəsi Ukraynadakı müharibənin gedişatını dəyişdirdi - Podolyak
17.05.2022

Əslində Mariupolun 83 gün davam edən müdafiəsi Rusiyanın Ukraynaya qarşı müharibəsinin gedişatını dəyişdi. O, 21-ci əsrin Fermopil savaşı kimi tarixə düşməlidir.

Bu barədə prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”də yazıb:
"Mariupolun 83 günlük müdafiəsi 21-ci əsrin Fermopil savaşı kimi tarixə düşəcək. "Azovstal"ın müdafiəçiləri düşmənin Ukraynanın şərqini ələ keçirmək üzrə əməliyyat planlarını puça çıxarıb, nəhəng düşmən qüvvələrini uzun müddət bu ərazilərdə saxladı. Bu, müharibənin gedişatını tamamilə dəyişdi”.

Xatırladaq ki, "Azov" döyüşçüləri bildirmişdilər ki, Ukraynanın hərbi rəhbərliyi onlara döyüş tapşırığını yerinə yetirdiklərinə görə "Azovstal" zavodu ərazisində qalan müdafiəçilərin həyatını xilas etmək əmri verib.

Artıq 50-dən çox ağır yaralı "Azovstal"dan çıxıb və işğal altındakı Novoazovskdakı xəstəxanaya aparılıb. İşğal altında olan Olenovkaya da 200-dən çox döyüşçü aparılıb.

"Təslim olmaq qərarı verildi, çünki bu gün Mariupolun mühasirəsini yarmaq üçün hərbi yol yoxdur. Ukrayna hərbçilərinin əsir mübadiləsi çərçivəsində azad ediləcəyi gözlənilir. Lakin bu gün Rusiya Federasiyasının Dövlət Duması "Azov" döyüşçülərinin mübadiləsi imkanını əngəlləyən qərarın hazırlanmasını tapşırıb.

Əli Əliyev

visiontv.az